Ordu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, söhbət Gülən hərəkatının üzvləri (Fətullahçı terror təşkilatı - FETÖ) və PKK terrorçularından gedir.
Məlumata görə, Türkiyə Finlandiyadan 6-sı FETÖ-çü, 6-sı PKK-çı olmaqla 12 nəfər, İsveçdən 10-u FETÖ, 11-i PKK-çı olmaqla 21 nəfərin ekstradisiyası ilə bağlı prosesə başlayıb. Belə ki, məhkəmə qərarları və sübutlar əsasında ekstradisiya ilə bağlı edilən 33 sorğunun heç birinə müsbət cavab verilməyib.
Ekstradisiya tələblərindən 19-u rədd edilsə də, 5 halla bağlı, ümumiyyətlə, cavab verilməyib. 2-si Finlandiya və 7-si İsveçlə bağlı olmaqla 9 ekstradisiya sorğusu üzrə proses hələ də davam edir.
Ordu.az