“Hraparak”: Ermənistan ordusu qiyama hazırlaşır?

2019/05/23423-1557122165.jpg
Oxunub: 412     12:22     18 May 2022    
Vəziyyət təkcə siyasi baxımdan yox, həmçinin Silahlı Qüvvələrdə, xüsusən də onun zabit heyətində yaranmış anlaşılmaz və qəbuledilməz vəziyyət fonunda qeyri-təbii xarakter daşıyır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, ordunun konstitusiya ilə təsdiq edilmiş missiyası dövlətin hərbi təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə qorunmasıdır.

“Günü-gündən irəliləyən rəqibi geri qaytarmaq məsələsində Silahlı Qüvvələrin Baş Qərargahının məsuliyyəti haradadır? Ermənistanın siyasi elitası sistematik və ardıcıl olaraq dövləti xarici təhlükə və təhdidlərə qarşı kiçik də olsa müqavimət göstərmək imkanından məhrum edir. Silahlı Qüvvələrin Baş Qərargahının “başının kəsilməsi”ndən tutmuş komandirlərə qarşı açılan cinayət işlərinə, istefada olan generallara hədə-qorxu gəlməyə və təhqirlərə qədər hər şey rəqibə təslim olmaq kimi xain məqsədə xidmət edir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qiyam  


Bizi "telegram"da izləyin