“1in.am”: Mirzoyan “sülh sazişi” ifadəsini “normallaşma sazişi” ifadəsi ilə əvəz edib

2022/05/photo-1652360048.jpg
Oxunub: 581     17:58     16 May 2022    
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan iki gün eyni zallarda müxtəlif gündəmi olan eyni adamlarla vaxt keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, Mirzoyanın səfərinin gündəliyinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ikitərəfli görüş, daha sonra üçtərəfli görüş, MDB Xarici İşlər Nazirləri Konfransı çərçivəsində Mirzoyan-Lavrov-Bayramov görüşü daxil edilib.

“Əsas mövzulardan biri regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin normallaşdırılması, demarkasiya, sərhəd təhlükəsizliyi komissiyasının yaradılması, Ermənistanla Azərbaycan arasında sazişin müzakirəsidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da 44 günlük müharibənin yaratdığı humanitar problemlərin dərhal həllinin vacibliyindən, o cümlədən erməni hərbi əsirlərin dərhal ölkəyə qaytarılmasının zəruriliyindən danışıb. Maraqlısı o idi ki, Mirzoyan “sülh sazişi” ifadəsini “normallaşma sazişi” ifadəsi ilə əvəz etməyə üstünlük verib. Bu, çox güman ki, masada duran problemlər toplusunu nəzərə alaraq indiki mərhələdə sülhün demək olar mümkün olmadığına dair real prezumpsiyaya əsaslanaraq edilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Lavrov  


Bizi "telegram"da izləyin