“Bakı və İrəvan tam sülh sazişi deyil, yeni yol xəritəsi üçün hazırdır” - Vaal

2018/02/1456456_1519217719.jpg
Oxunub: 1029     20:49     16 May 2022    
“Bu gün Ermənistan-Azərbaycan münaqişəsi tamam başqa diplomatik ölçüyə malikdir”.

Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Sülh Naminə Karnegi Fondunun analitiki Tomas de Vaal deyib.

Onun sözlərinə görə, Minsk qrupunun formatı ölüb, lakin onun sənədli irsi qorunub saxlanıla bilər.

“Minsk qrupunun müəyyən funksiyası olduğu üçün bu formatın ölməsi rəsmən elan olunmaya bilər. ABŞ, Rusiya və Fransanın üç prezidenti də daxil olmaqla, birgə bəyanatların tarixi var. Beləliklə, Minsk qrupu ilə bağlı sənədlərin mirası var, bunu itirməmək vacibdir”, - deyə Vaal qeyd edib.

O bildirib ki, bu gün Rusiya və Aİ-nin sponosrluğu ilə formatlar paralel şəkildə gedir və Brüssel Moskva prosesini əvəz etməyə çalışmır.

“Aİ-nin təmin etdiyi şey bir az fərqlidir. Bu, yeni oyunçudur və hesab edirəm ki, bu, Azərbaycan tərəfi üçün xüsusilə müsbətdir. Bunun keçmişlə heç bir əlaqəsi yoxdur. Münaqişə edən tərəflər bu gün tam hüquqlu sülh sazişinə hazır deyillər, lakin gücdən istifadə etməməyə zəmanət verə biləcək yeni yol xəritəsinə hazırdırlar”, - deyə Vaal əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya    


Bizi "telegram"da izləyin