Erməni ekspert: “Ermənistanda monopoliyaların təsiri dərinləşir”

2022/04/odfod-1651041035.jpg
Oxunub: 525     11:55     17 May 2022    
“Ermənistanda monopoliyaların təsiri dərinləşir”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan deyib.

Onun sözlərinə görə, əgər əvvəllər Ermənistanda monopoliya topdansatış ticarətində idisə, bu gün inhisarçılar ayrı-seçkilik siyasəti ilə kiçik və orta biznesi sıxışdıraraq pərakəndə ticarəti də mənimsəyiblər.

Parsyan qeyd edib ki, bu məsələlərlə məşğul olmalı olan hakimiyyət inhisarçıların müdafiəçisinə çevrilib.

“Məmurlar ya fəaliyyətsizdir, ya da konkret qrupun maraqlarına xidmət edir. Yeni hökumət yeni siyasət aparmalıdır. Proqnozlaşdırılan 1-3% iqtisadi artım sual altındadır, çünki hakimiyyət əsas proqramları iflasa uğradır”, - deyə erməni iqtisadçı vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Monopoliya  


Bizi "telegram"da izləyin