Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Malaşenko deyib.
Onun sözlərinə görə, təbii olaraq Azərbaycan Ermənistandan daha güclü danışıqlar mövqeyinə malikdir, onun diktə edən mövqeyi var.
Malaşenko qeyd edib ki, tərəflər nə qədər tələssə də, İrəvan-Bakı prosesi uzanacaq.
“Azərbaycan, Türkiyə, Aİ tələsir, Rusiyanın bütün regionları əhatə edən, uzun sürən müharibəsi var, digər tərəfdən isə onun təsirini saxlamaq istəyi var”, - deyə politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az