“Nikol qalsa, ya yeni müharibə olacaq, ya da torpaq itkisi olacaq” - Sağatelyan

2021/09/c1186-1632564313.jpg
Oxunub: 470     14:15     16 May 2022    
“Nikol Paşinyan Ermənistan Baş naziri postunda qalarsa, Ermənistanda və Qarabağda ya yeni müharibə, ya da torpaq itkisi olacaq”.

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın “Müqavimət” hərəkatının üzvü, ölkənin parlamentinin sədrinin müavini İşxan Sağatelyan deyib.

Onun sözlərinə görə, Paşinyanın Azərbaycanla əldə etməyə çalışdığı razılaşmalar sülh müqaviləsi deyil.

“Bu, torpaq itirmək, Ermənistanın dövlətçiliyini itirmək müqaviləsidir ki, bu da bizim üçün qəbuledilməzdir. Biz demirik ki, bu hakimiyyəti götürəndən sonra Azərbaycana və ya Türkiyəyə müharibə elan edəcəyik və ya danışıqlar aparmayacağıq. Biz həm Azərbaycan, həm də Türkiyə ilə danışıqlar aparacağıq. Amma biz öz gündəmimizlə, dövlətimizin mənafeyini qorumaq üçün o danışıqlara gedəcəyik”, - deyə Sağatelyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin