“News.am”: Kütləvi mühacirətin Ermənistan üçün ciddi nəticələri olacaq

2021/12/asdas-1639994378.jpg
Oxunub: 322     12:10     17 May 2022    
Bu ilin yanvar-mart aylarında ümumilikdə demək olar ki, 141700 digər ölkə vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19300 nəfər (və ya 12%) azalıb.

“Bu azalma Rusiyanın Ukraynadakı “hərbi əməliyyatı” ilə əlaqələndirilə bilərmi? Xatırladaq ki, bu “əməliyyat” fevralın 24-də başlayıb və bu günə kimi davam edir. Bununla belə, vacib bir faktı nəzərə almaq lazımdır. Vətəndaşlıq uzun sürən bir prosesdir. Ona görə də “hərbi əməliyyat” amili bu sahəyə təsir etsəydi, bu, əsasən martdan sonrakı aylarda olardı. Coğrafi baxımdan “yeni” Rusiya vətəndaşlarının böyük əksəriyyəti postsovet respublikalarındandır. Yanvar-mart aylarında sonuncuların payı (Estoniya, Latviya və Litva istisna olmaqla) 97% təşkil edib. Yanvar-mart aylarında bu ölkələrdə Rusiya vətəndaşlarının ümumi sayı 18900 nəfər (və ya 12,1%) azalıb. Lakin istisnalar da olub, bu istisnalar arasında Ermənistan da var. Yanvar-mart aylarında 10900 yaxın Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu göstərici hər il 700 nəfər (və ya 7,1%) artıb. Aşağıdakı qrafikdə 2017-2022-ci ilin yanvar-mart aylarında bu göstəricinin dinamikası göstərilir”, - deyə müəllif yazıb.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mühacirət  


Bizi "telegram"da izləyin