“Silah-sursatın, hərbi texnikanın alınmasına ciddi diqqət yetirilməlidir” - Ohanyan

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 575     17:11     16 May 2022    
“Minimum müdafiə təmin edilməlidir. Həmin müdafiə nəticəsində biz rəqibin fəaliyyətlərinə qarşı durmalıyıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, bu işdə ən mühüm amillərdən biri də dövlətin dəstəyidir.

“Silah və hərbi texnikanın müasir tətbiqi çox vacibdir, bu, təbii olaraq bir qədər uzun prosesdir. Bu, dövlət proqramının həyata keçirilməsidir. Əlbəttə, bu barədə burada uzun müddət danışmağa ehtiyac yoxdur, amma hesab edirəm ki, bir seçki prosesində, dörd-beş ildən sonra bunu tez bir zamanda etmək olar. Son sərgi açıq şəkildə göstərdi ki, həqiqətən də işlər görülür, yəni bizim dövrümüzdə başlanan işlər davam etdirilir, lakin silah-sursatın, hərbi texnikanın alınmasına ciddi diqqət yetirilməlidir, bir daha deyirəm, çünki həm də mütəxəssislərin hazırlanmasına ehtiyac var”, - deyə Ohanyan bildirib.

Alpər Mövludoğlu

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin