Çin Finlandiyanın NATO-ya üzvlüyünə münasibət bildirib

2020/04/15868-1586868426.jpg
Oxunub: 446     13:56     16 May 2022    
Finlandiyanın NATO-ya daxil olması bu ölkənin Çinlə münasibətlərinə təsir edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian mətbuat brifinqində deyib.

"Finlandiyanın NATO-ya daxil olması ilə bağlı, bu, şübhəsiz ki, Çin-Finlandiya münasibətlərində yeni faktorlar yaradacaq”, - mətbuat katibi deyib.

Çin diplomatı bildirib ki, Pekin bütün maraqlı tərəflərin qarşılıqlı faydalı əsasda dinc dialoq vasitəsilə “təhlükəsizliyin təmin edilməsi üçün etibarlı regional çərçivə” yaradacağına ümid edir və Çinin bu məsələdə mövqeyi “dəyişməz və birmənalı”dır.

"Bütün tərəflərin narahatlığı nəzərə alınmalıdır. Yalnız bu halda Avropada uzunmüddətli sülh mümkündür”, - deyə Çin XİN sözçüsü qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   NATO  


Bizi "telegram"da izləyin