Ordu.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Qeyd olunur ki, ilk helikopter yaxın günlərdə Suriyanın şimalında antiterror əməliyyatlarına cəlb oluna bilər.
"Titra Teknoloji" şirkətinin istehsalı olan helikopterlər 8 saat ərzində havada qala bilər, uçuş yüksəkliyi 6,5 kilometr təşkil edir.
Bu helikopterlər kəşfiyyat, hərbi patrul, silah-sursatın çatdırılması kimi tapşırıqlar icra edəcək. Bundan başqa, pilotsuz helikopter meşə yanğınlarının söndürülməsinə cəlb oluna bilər.
Ordu.az