"Ukraynanın əks-hücumunun qarşısını almaq mümkünsüzdür" - Denisenko

2022/03/downl-1648620152.jpg
Oxunub: 460     12:23     16 May 2022    
"Rusiya Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü hiss edir”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

“Fikrimcə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü Rusiya da hiss edir. Ona görə də onlar bizim əks-hücumun qarşısını almaq məqsədilə körpüləri partladır, xaotik şəkildə geri çəkilir”, - o vurğulayıb.

Məlumata görə, Rusiya hərbçiləri İzyum yaxınlığındakı bölmələri ilə Xarkova hücuma keçməyə hazırlaşır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Əks-hücum  


Bizi "telegram"da izləyin