ABŞ Ukraynaya 89 ədəd M777 artilleriya qurğusu verib

2022/05/16511-1651907618.jpg
Oxunub: 400     10:10     17 May 2022    
Birləşmiş Ştatlar Ukraynaya 155 mm-lik M777 artilleriya qurğularının təhvil verilməsini başa çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi bildirib.

Qeyd olunub ki, artilleriya qurğularının demək olar ki, bütün partiyası - planlaşdırılan 90 ədəddən 89 ədədi artıq Ukraynaya çatdırılıb.

Məlumata görə, M777-lər artıq cəbhədə istidadə olunur. Bu, Ukrayna Silahlı Qüvvələrinə ayrılan 800 milyon dollarlıq yardım paketinin bir hissəsidir.

155 mm-lik M777 yüngül yedəkdə daşınan artilleriya qurğularıdır. O, 40 km-ə qədər atəş məsafəsinə və 5 m dairəvi sapma ehtimalına malikdir. Atış sürəti dəqiqədə 5 mərmidir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin