“Ermənistan düzgün prosedurla Rusiyaya müraciət etsəydi, vəziyyət başqa cür olardı” - Sarkisyan

2020/04/00-13-1585995344.jpg
Oxunub: 518     13:50     16 May 2022    
“Rusiya müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır, Ermənistan rəhbərliyi düzgün istiqamətdə hərəkət etməli, münaqişə zamanı hər hansı şifahi bəyanatlar verməməli, müqavilədə nəzərdə tutulmuş vasitələrdən istifadə etməli, Rusiyadan kömək istəməli və Rusiya öhdəliklərini yerinə yetirməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan İrəvanda, Fransa meydanında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan düzgün prosedurla Rusiyaya müraciət etsəydi, vəziyyət başqa cür olardı.

“Əgər 44 günlük müharibə zamanı Ermənistan prosedurun verdiyi formada Rusiyaya müraciət etsəydi, bu gün tamam başqa vəziyyətdə olardıq”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Sarkisyan  


Bizi "telegram"da izləyin