XİN: Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olması ilə barışmayacaq

2022/04/78978-1649439499.jpg
Oxunub: 293     11:43     16 May 2022    
Heç kim Rusiyanın Finlandiya və İsveçin NATO-ya daxil olması ilə barışacağı ilə bağlı illüziyalara qapılmasın, onların qərarı böyük nəticələrə gətirib çıxaracaq səhvdir.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Hərbi gərginliyin ümumi səviyyəsi artacaq. Təəssüf ki, sağlam düşüncə indiki vəziyyətdə nə etmək lazım olduğuna dair bəzi fantom ideyalara qurban verilir. Bu, növbəti ciddi səhvdir. Yaxşı, nə etməli? Bu gün müvafiq ölkələrdə siyasi qərarlar qəbul edənlərin səviyyəsi belədir”, - Rusiya XİN başçısının müavini vurğulayıb.

Ryabkov baş verənlərin fonunda vəziyyət kökündən dəyişdiyini vurğulayıb: “Bu qərar nəticəsində Finlandiya kimi, İsveçin də təhlükəsizliyinin möhkəmlənməyəcəyi faktı bizim üçün tamamilə aydındır. NATO-nun ümumi konfiqurasiyasında dəyişiklik edildikdən sonra təhlükəsizliyimizi hansı formada təmin edəcəyimiz ayrı məsələdir. Bu, praktiki baxımdan Finlandiya və İsveçin Şimali Atlantika Alyansına gözlənilən qoşulmasının nəticəsinin nə olacağından asılı olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Rusiya  


Bizi "telegram"da izləyin