“1,5 ildə nə qədər insan Rusiyaya təlimə göndərilib? Sıfır” – Erməni general

2022/05/851-1652688852.jpg
Oxunub: 443     12:27     17 May 2022    
“Vazgen Sarkisyan adına Hərbi İnstitutunda niyə kadr yoxdur? Dövlət bunu istəməli və hərbçilərin sosial təminatı ilə məşğul olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Təlim İdarəsinin döyüş hazırlığı şöbəsinin keçmiş rəisi, erməni general-mayor Valerik Köçəryan deyib.

O qeyd edib ki, 9 noyabr 2020-ci il tarixindən sonra ordunun mənəvi-psixoloji vəziyyəti yüksəldilməlidir, yalnız Silahlı Qüvvələrdə günahkarlar axtarılmamalıdır.

“Müharibədən sonra Silahlı Qüvvələrin tərkibini artırmağa başlayan çağırışçılarla bu iş hərtərəfli aparılmalı idi. Bundan əlavə, hərbçilərin hərəkətlərinə obyektiv, düzgün qiymət vermək, eləcə də şəxsi heyətin hazırlığını yeni müstəviyə çıxarmaq lazımdır.

Vazgen Sarkisyan adına Hərbi İnstitutunda niyə kadr yoxdur? Dövlət bunu istəməli və hərbçilərin sosial təminatı ilə məşğul olmalıdır. 1,5 ildə nə qədər insan Rusiyaya təlimə göndərilib? Sıfır”, - deyə erməni general əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin