ABŞ Konqresi Ukraynaya 40 milyard dollarlıq yardımı təsdiqləyə bilər

2020/10/ABŞ--1603270238.jpg
Oxunub: 318     14:14     16 May 2022    
ABŞ Senatının Respublikaçılar partiyasından olan üzvü Mitç Mekkonnel Ukraynaya təklif olunan 40 milyard dollarlıq yardımı qəbul etmək üçün çərşənbə günü səsvermə keçirəcəyini gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Ümid edirəm ki, nəzərəçarpacaq üstünlük bizə yardımı çərşənbə günü təsdiqləməyə kömək edəcək”, - deyə o qeyd edib.

Aprelin 28-də ABŞ prezidenti Co Bayden Ukraynaya 33 milyard dollar, o cümlədən 20 milyard dollardan çox hərbi yardım göndərilməsini istəyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin