“Erməni tərəfinin 6 bəndindən danışan Bayramov özünü Marukyandan qat-qat düzgün aparıb” - Şahnazaryan

2021/01/555-1610191936.jpg
Oxunub: 692     16:28     16 May 2022    
“Ermənistan tərəfinin 6 bəndindən danışan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünü Edmon Marukyandan qat-qat düzgün aparıb”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Hrant Melik-Şahnazaryan “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Ceyhun Bayramov sadəcə olaraq həqiqəti söyləyib.

“Erməni diplomatiyası isə öz mövqeyini ortaya qoyarkən belə boş və real olmayan şərhlərlə növbəti dəfə xalqı aldatmağa, çaşdırmağa çalışıb. Təbii olaraq Marukyan bu istiqamətdə yaxşı işləyirdi, amma həqiqət asanlıqla gizlənə bildiyin iynə deyil”, - deyə Şahnazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təklif  


Bizi "telegram"da izləyin