Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağ məsələsi ilə bağlı öz mövqelərini aydınlaşdıra bilmir, ziddiyyətli bəyanatlar verir.
“Onlar (Ermənistan hakimiyyətinin nümayəndələri – red.) Bakının bu məsələni beynəlxalq aləmdə təqdim etmək cəhdlərinə adekvat cavab vermirlər”, - deyə Zakaryan qeyd edib.
Ermənistanın keçmiş müdafiə nazirinin müavini vurğulayıb ki, Azərbaycan Rusiya sülhməramlılarının mandatının uzadılmaması üçün əlindən gələni edəcək.
Alpər Mövludoğlu
Ordu.az