Robert Köçəryanla Serj Sarkisyan görüşməyib - Sonuncunun ofisi bunu təkzib edir

2022/05/81a87-1651666834.jpg
Oxunub: 427     20:45     16 May 2022    
Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan görüşməyiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Sputbik Ermənistan”a Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisindən bildiriblər.

Bundan öncə “Hraparak” nəşri yazmışdı ki, Ermənistanın ikinci və üçüncü prezidentləri görüşüblər, gələcək baş nazirliyə namizəd və mübarizənin bundan sonrakı gedişatı barədə geniş danışıblar və ortaq məxrəcə gəliblər.

“Dezinformasiyadır. Belə bir görüş olmayıb. Ötən gün belə bir görüş baş tutsaydı belə, “Müqavimət” hərəkatının gələcək taleyini birmənalı həll edə bilməzdi”, - deyə Sarkisyanın ofisindən bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Sarkisyan  


Bizi "telegram"da izləyin