Ordu.az xəbər verir ki, bunu AİB İnstitutunun direktoru və Avrasiya Ekspert Klubunun həmtəsisçisi Vladimir Lepexin deyib.
Onun sözlərinə görə, bu gün Ermənistanda insanların küçələrə çıxması təsadüfi deyil.
“Aydın deyilmi ki, Türkiyə Ermənistanı tədricən özünə çəkmək vəzifəsini qarşısına qoyub?”, - deyə Lepexin qeyd edib.
AİB İnstitutunun direktoru vurğulayıb ki, Türkiyənin vəzifəsi Ermənistanı, sonra Gürcüstanı, sonra isə Şimali Qafqazı özünə çəkməkdir.
Alpər Mövludoğlu
Ordu.az