Ordu.az xəbər verir ki, bu barədə hərbçilərin videomüraciətində bildirilib.
“Cənab Prezident! Biz bacardıq”, - deyə hərbçilər müraciətdə qeyd ediblər.
Paylaşılmış görüntülərdə hərbi bölmənin kiçik bir qrupunun sərhəd xəttinə mavi və sarı rənglərlə boyanmış dirəyi daşıdığı görünür.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin bu günkü məlumatında qeyd olunub ki, düşmən Xarkov ətrafında əsas səylərini mövqelərinin saxlanılmasına və Ukrayna qüvvələrinin hücumlarının qarşısının alınmasına yönəldib.
Ordu.az