Ordu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində bildirib.
"Bizim tərəfdən NATO-nun Brüsseldəki Daimi Nümayəndəsi bunu yəqin ki, çərşənbə günü edəcək. NATO ilə danışıqlar başlasa, bununla xarici işlər naziri və müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti məşğul olacaq", - deyə nazir qeyd edib.
Qeyd edək ki, mayın 16-da Finlandiya parlamenti ölkənin Şimali Atlantika Alyansına daxil olması perspektivləri ilə bağlı debat keçirməlidir.
Ordu.az