İŞİD Misir əsgərlərinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

2017/11/KMO_088197_192873_1_t218_181427_1511434968.jpg
Oxunub: 301     10:02     15 May 2022    
İŞİD terror qruplaşması Misirin Sinay yarımadasında ölkənin beş əsgərinin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Ordu.az xəbər verir ki, qruplaşma bu barədə teleqram kanalında bildirib.

Məlumata görə, silahlı şəxslərin mayın 11-də Sinayın şimal-şərqi sahilində, Qəzza zolağı ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən təhlükəsizlik postuna atəş açması nəticəsində daha dörd əsgər yaralanıb.

“Reuters” xəbər verir ki, Misir 2018-ci ildə üsyançılara qarşı iriqmiqyaslı əməliyyata başladıqdan sonra Şimali Sinayın məskunlaşdığı sahil ərazilərinə nəzarəti genişləndirib, lakin İŞİD-ə bağlı yaraqlıların ara-sıra hücumları davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Misir  


Bizi "telegram"da izləyin