Slovakiya Xarici İşlər naziri: "NATO Ukraynanı qələbəyə qədər dəstəkləyəcək"

2022/05/44555-1652593740.jpg
Oxunub: 248     07:03     15 May 2022    
NATO ölkələri Ukrayna ordusu qalib gələnə qədər bu ölkəyə dəstək verməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri İvan Korçok müttəfiq ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.

O, Rusiyanın bu müharibəni artıq siyasi baxımdan uduzduğunu vurğulayıb.

"Rusiya rəhbərliyi istədiyi nəticələrə nail ola bilmədi və öz ölkələrinin vəziyyətini xeyli pisləşdirdi", - Korçok əlavə edib.

Bundan əvvəl NATO baş katibi Yens Stoltenberq qeyd edib ki, alyans Rusiya ilə müharibədə Ukraynaya kütləvi dəstək verir, lakin münaqişə tərəfinə çevrilməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   XİN   NATO  


Bizi "telegram"da izləyin