Rusiya müharibə başlayandan Ukraynaya 2 mindən çox raket atıb

2022/01/16432-1643451557.jpg
Oxunub: 334     06:38     15 May 2022    
Rusiya genişmiqyaslı müharibə başlayandan indiyədək Ukraynaya azı 2 100 raket atıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Sergey Kislitsa Təhlükəsizlik Şurasının iclasında bildirib.

Monitorinq qrupunun məlumatına görə, müharibə başlayandan təkcə Belarus ərazisindən azı 633 döyüş başlığı buraxılıb.

Bundan əvvəl bildirilib ki, hazırda Rusiya gəmiləri Qara dənizdə tam döyüş hazırlığındadır. Ümumilikdə onların göyərtəsində 30 qanadlı raket var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin