Türkiyə "Yavuz" Özüyeriyən Artilleriya Qurğularının ixracına hazırlaşır

2022/05/1652593184.jpg
Oxunub: 532     01:11     15 May 2022    
Türkiyənin müdafiə şirkəti MKE AŞ NATO standartlarına cavab verən "Yavuz" özüyeriyən artilleriya qurğularının ixracına hazırlaşır.

Ordu.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Modifikasiya edilmiş yük avtomibilinə quraşdırılan haubitsa zirehli kabinlə təchiz edilib. Sistemin atəşə hazırlanması təxminən 1 dəqiqə, mövqelərin dəyişdirilməsi isə 2 dəqiqə çəkir. Maksimal sürət 90 km/saatdır.

Haubitsa artıq Türkiyə hərbi əməliyyatlarında özünü uğurla sübut edib və üç müxtəlif növ sursat üçün nəzərdə tutulub. Hazırda atış məsafəsinin ikiqat artırılması istiqamətində işlər davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yavuz   ÖAQ  


Bizi "telegram"da izləyin