Ordu.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Nikos Dendias Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib.
Onun sözlərinə görə, Yunanıstanın bu iki ölkə ilə həmişə çox gözəl münasibətləri olub.
"Onlar həm də Avropa Birliyinin üzvləridir. Beləliklə, Yunanıstan tərəfinin çox aydın mövqeyi var: biz İsveç və Finlandiyanın NATO ailəsinə daxil olmasını alqışlamağa hazırıq", - XİN başçısı bildirib.
Ordu.az