"G7" ölkələri Şimali Koreyanın ballistik raket buraxılışlarının davam etdirməsini pisləyib

2022/05/1652592810.jpg
Oxunub: 249     21:09     14 May 2022    
Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın (KXDR) həyata keçirdiyi ballistik raketlərin buraxılışını pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə şənbə günü G7-nin XİN başçılarının görüşünün yekunu üzrə yayılan yekun kommünikedə deyilir.

"Biz Şimali Koreyanın 24 mart 2022-ci ildə həyata keçirilən də daxil olmaqla davam edən ballistik raket sınaqlarını şiddətlə qınayırıq. Bu Şimali Koreyanın nüvə və raket imkanlarını daha da inkişaf etdirmək niyyətini bir daha təsdiqləyib", - bəyanatda deyilir.

G7-nin nazirləri Pxenyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq nüvə proqramından, həmçinin “kütləvi qırğın silahları və raket proqramları sahəsində istənilən proqramlardan” tamamilə imtina etməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin