Çavuşoğlu NATO ölkələrinin XİN başçılarının toplantısına qatılacaq

2022/03/53c57-1647531642.jpg
Oxunub: 389     21:18     14 May 2022    
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, sabah Berlində keçiriləcək NATO ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi iclasına qatılacaq.

Ordu.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, görüş zamanı Ukrayna məsələsi başda olmaqla bir çox gündəm məsələləri müzakirə ediləcək.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında Almaniyaya səfər etdiyini yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin