Azərbaycan Prezidenti: "Şuşada bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi"

2022/05/4af9a-1652538396.jpg
Oxunub: 431     16:34     14 May 2022    
"Müharibənin son dəqiqəsinə qədər, Şuşa şəhərinə bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"Bu gün də biz biryerdəyik. Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Minlərlə bizim türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir", - Prezident vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin