Prezident: "İkinci Qarabağ müharibəsi Azərbaycan və Türkiyənin ortaq şanlı tarixidir"

2022/05/e4d06-1652538151.jpg
Oxunub: 366     16:30     14 May 2022    
"İkinci Qarabağ müharibəsi bizim müştərək, ortaq şanlı tariximizdir. 30 illik işğala son qoyduq".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"Müharibənin ilk günündə cənab Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu", - Prezident vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin