Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

2022/03/presi-1646930313.jpg
Oxunub: 274     14:45     14 May 2022    
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.

Ordu.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib.

Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin