Təbii ki, Artur Vanetsyan kifayət qədər diplomatik şəkildə danışır və deyir ki, mitinqlərdə ancaq öz tərəfadarları olsaydı, onların hərəkətlərinə görə məsuliyyət daşıyardı. Mitinqlərdə Köçəryanın tərəfdarları da iştirak edir. Qalan şəxslər onlara qoşulub, bəlkə də onları dəstəkləmir, sadəcə Paşinyana etiraz edirlər. Təbii ki, müxtəlif şəxslər ola bilər, amma aydındır ki, “tətilçilər” geniş ictimaiyyətə bu və ya digər şəkildə tanınan şəxslər də ola bilər. Onlardan biri isə təbii ki, meydanda özbaşına görünmür. Bu mənada, Artur Vanetsyan faktiki olaraq Robert Köçəryana daş atır, diplomatik şəkildə mitinqin populyar, ümummilli olduğunu deyir, lakin kifayət qədər şəffaf şəkildə eyham vurur ki, orada mənfi imici olan adamlar peyda olur.
Təbii ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbərinin hətta mütəmadi olaraq meydanda görünən Robert Köçəryanı nəzərdə tuta biləcəyi də istisna edilmir.
Dəfələrlə Ermənistanda müxalifətdaxili fikir ayrılıqları, hətta ziddiyyətlər barədə danışılıb. Onların kifayət qədər dərin kökləri 2003-04-cü illərə gedib çıxır. O zaman bu gün iki parlamentdəki müxalifət qüvvələrinin liderləri iqtidarda iki aparıcı fiqur idilər. Hazırda status və zaman dəyişikliyi ilə bu fikir ayrılıqları və ziddiyyətlər transformasiyaya uğrayır.
Aqil Məmmədov
Ordu.az