Ordu.az xəbər verir ki, bu barədə HDQ ABŞ-ın müdafiə və texnologiya şirkətləri ilə danışıqlar aparır.
Şirkətlər “Convensional Prompt Strike” hipersəs raketini “Zumwalt” sinifli esmineslərə və “Virciniya” sinifli sualtı qayıqlara inteqrasiya etmək üçün texniki proqram idarəçiliyi və sistem mühəndisliyi təmin etməlidir.
ABŞ hökuməti təhdidlərin qarşısını almaq üçün hipersəs silahlarının inkişafı, əldə edilməsi və sınaqdan keçirilməsini sürətləndirib. 2025-ci ilə qədər ən azı iki hipersəs raket sisteminin istifadəyə veriləcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az