Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri yazıb.
Bu qabiliyyət sayəsində PUA daha çətin yerlərdə fəaliyyət göstərə biləcək.
Bildirilir ki, bu qabiliyyət lazım olan uçuş-enmə zolağının uzunluğunu 1067 metrdən 305 metrə qədər qısaldacaq.
Bu imkan həm “SkyGuardian”, həm də “SeaGuardian” modellərinə əlavə olunacaq.
STOL qabiliyyəti PUA-ları katapultsuz aviadaşıyıcı və ya böyük göyərtəli amfibiya hücum gəmisindən idarə etməyə imkan verəcək.
Sevinc Əliyeva
Ordu.az