Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Bild” nəşri yazıb ki, Almaniya Nazirlər Kabinetinin təhlükəsizlik şurası məsələni müzakirə edir və sistemin istehsalçısı “Diehl Defence” tərəfindən hazırlanan IRIS-T SLM sistemləri noyabr ayından Ukraynada yerləşdirilə bilər.
Rusiya paytaxt Kiyevi ala bilmədikdən sonra atəş gücünü ölkənin şərqinə və cənubuna çevirib.
Nəşrin məlumatına görə, Ukrayna yaxın 3-4 il ərzində istehsal oluna biləcək 10 IRIS-T SLM sistemi almaqda maraqlıdır. Qəzet bildirib ki, sistem 40 kilometr məsafədən döyüş təyyarələrini, helikopterləri və ya raketləri vurmaq üçün nəzərdə tutulub.
“Bild” yazır ki, Ukrayna əsgərləri üçün təlim Almaniya hökuməti planı təsdiq edən kimi başlaya bilər.
Sevinc Əliyeva
Ordu.az