ABŞ-da yeni aşağı hündürlüyə malik HHM radarı hazırlanıb

2022/05/LTAMD-1652524936.jpg
Oxunub: 432     17:05     14 May 2022    
ABŞ-ın “Raytheon” şirkəti aşağı əməliyyat hündürlüyünə malik Hava Hücumundan Müdafiə radarı hazırlayıb və sınaqdan keçirilməsi üçün ölkənin silahlı qüvvələrinə təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri yazıb.

Sistem ABŞ Ordusunun “White Sands” raket poliqonunda sınaqdan keçiriləcək.

ABŞ Ordusu 2019-cu ildə “Patriot” sistemlərinin radarlarını əvəz etmək üçün nəzərdə tutulan 20-160 kilometr mənzil aralığında müxtəlif variantları olan radar sistemləri hazırlaması üçün “Raytheon” şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 384 milyon dollardır.

Yeni radalar hipersəs silahları da daxil olmaqla gələcək nəsil təhlükələri aşkar etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Radar  


Bizi "telegram"da izləyin