Norveç ordusuna CV90 döyüş maşınları təhvil verilib

2022/05/BAE_S-1652524591.jpg
Oxunub: 383     16:06     14 May 2022    
“BAE Systems” şirkəti Norveç ordusuna CV90 döyüş maşınları təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Norveç Silahlı Qüvvələri son illərdə rəqəmsal müdafiəyə böyük sərmayə qoyub və indi rəqəmsal müharibə dövrünün ön sıralarındadır. CV90 maşınları elektron arxitektura baxımından ən son texnologiyaya malik müasir döyüş maşınıdır.

Maşınların rəqəmsal sistemlərinin hazırlanmasında Norveçin yerli sənaye şirkətləri də dəstək verib. Maşınların rabitəsini, şəbəkələrini və sensor inteqrasiyasını fərqli şirkətlər həyata keçirib. Bu birləşmiş imkanlar Norveç Ordusuna müharibəni mümkün qədər səmərəli və effektiv aparmaq üçün yeni qabiliyyət təqdim edir.

Sevinc Əlieyva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   CV90  


Bizi "telegram"da izləyin