Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
PKK terror təşkilatı bu gün Karkamış rayonu və Köprübatı Sərhəd məntəqəsinə minaatan hücumu həyata keçirib, hücum zamanı Türkiyə ordusunun bir hərbi qulluqçusu şəhid olub. Türkiyə Silahlı Qüvvələri hücumdan sonra müəyyən etdiyi PKK hədəflərini məhv edib.
Zərbələr nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 21-ə çatıb.
KMC Sistemi bir neçə ay əvvəl Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib. “Yalman” qülləsi ilə təchiz edilmiş silah sistemi maksimum 8 “Cirit” raketi və ya 4 ədəd L-UMTAS/UMTAS/OMTAS raketi daşıya bilər.
Silah sistemi üçün FNSS tərəfindən hazırlanmış “Kaplan-10” platformasına üstünlük verilib.
Stabilləşdirilmiş qülləsi sayəsində hərəkətdə olarkən 40 kilometrə qədər atəş imkanı təmin edən KMC Silah sistemi istifadəçiyə 8 kilometrə qədər yüksək vuruş qabiliyyəti təqdim edir.
Bu sistem həm də daşıdığı yüksək texnologiyalı elektro-optik sistemlə 20 kilometrə qədər məsafədə kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirə bilir. 7,62 mm-lik pulemyotun KMC Silah Sisteminə inteqrasiyası üzərində işlər davam edir.
Sevinc Əliyeva
Ordu.az