Fransa HDQ üçün hazırlanan təchizat gəmisi suya buraxılıb

2022/05/BRF-i-1652524505.jpg
Oxunub: 331     15:23     14 May 2022    
Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən başladılan “FlotLog” proqramı çərçivəsində inşa edilən təchizat gəmilərindən birincisi suya buraxılıb.

Ordu.az xəbər verir ki, “Jacques Chevallier” adlı gəmi Fransa Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış dörd gəmidən birincisidir.

2019-cu ilin yanvar ayında imzalanan müqavilə çərçivəsində gəmilər “Chantiers de l'Atlantique” və “Naval Group” şirkətləri tərəfindən inşa ediləcək. Dörd gəmi bir-birinin ardınca 2029-cu ilə qədər təhvil veriləcək.

“FlotLog “proqramı Fransanın Müdafiə Satınalmaları Agentliyi (DGA) və onun italyan analoqu olan NAVARM adından OCCAR tərəfindən başladılan Fransa-İtaliya əməkdaşlığının bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Almaniya  


Bizi "telegram"da izləyin