Ordu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, Sevastopolun cənub körfəzində adətən sualtı qayıqların dayandığı yanalma körfəzləri boşdur.
Qeyd olunur ki, ümumilikdə Rusiyanın Qara dəniz donanmasında “Varşavyanka” layihəsinin altı sualtı qayığı var: B-261 “Novorossiysk”, B-237 “Rostov-na-Donu”, B-262 “Starı Oskol”, B-265 “Krasnodar”, B-268 “Veliki. Novqorod" və B-271 “Kolpino”.
Bunlar çoxməqsədli dizel-elektrik sualtı qayıqlardır. Gəmilər mina-torpedo silahı ilə yanaşı, modifikasiyadan asılı olaraq dəniz və quru hədəflərinə qarşı istifadə edilən “Kalibr” tipli qanadlı raketləri daşıyırlar. Hər bir sualtı qayıq dörd raketlə silahlanıb.
Sevinc Əliyeva
Ordu.az