“Joğovurd”: Paşinyanın arvadının fonduna anonim olaraq milyonlarla dollar köçürülüb

2022/04/s456d-1649411257.jpg
Oxunub: 308     11:49     16 May 2022    
2018-ci ildə baş verən siyasi kadr dəyişikliyindən sonra siyasi sahədə “Mənim addımım” blokunun, daha sonra isə parlament fraksiyasının yaranmasına paralel olaraq daha bir “Mənim addımım” təşəbbüsü yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, söhbət Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakopyanın təşəbbüsü ilə yaradılan xeyriyyə fondundan gedir.

““Mənim addımım” fondunun direktoru parlamentin keçmiş deputatı Mxitar Hayrapetyan, qəyyumlar şurasının sədri isə Hakopyanın özüdür. 2018-ci ildən fond bir neçə milyon köçürmə alıb. Onların bəziləri anonim olub. “Mənim addımım” fondunun rəsmi saytında yer alan məlumata görə, 2018-ci ildə fonda 510 min dollar və 77 milyon 503 min dram köçürülüb. Yeri gəlmişkən, 510 min dollardan 500 min dolları birdəfəlik köçürmə olub. 2019-cu ildə 258 197 000 dram, 50.200 ABŞ dolları və 10 avro anonim şəkildə köçürülüb. 2020-ci ildə 10 311 000 dram və 1 019 dollar, 2021-ci ildə 305 000 dram anonim şəkildə köçürülüb. 2022-ci ildə hələlik anonim köçürmə olmayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hakobyan  


Bizi "telegram"da izləyin