Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Shantnews.am” nəşri yazıb.
Arşakyanın sözlərinə görə, bir ay idi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsgərləri “Kamxut”da atəş təlimləri keçmirdilər və Alagöz kəndi yaxınlığındakı hərbi məktəbə köçürülmüşdülər.
“Bu məqsədlə istifadə edilən Vəhramaberd kəndi yaxınlığındakı dərələrə girmək qadağandır. Çöldə sürünü otaran çoban həmin qadağaya məhəl qoymayıb. Saat 15:00 radələrində rus ordusunun əsgərlərindən biri mənə zəng edərək hərbi bazanın ərazisindən partlayış səsi eşitdiklərini, həmin an bir neçə nəfərlə ərazidən 250 metr aralıda olduqlarını bildirdi”, - deyə Arşakyan qeyd edib.
O bildirib ki, Ermənistan hərbi polisinin, Şirak regional polisinin və Rusiya hərbi polisinin əməkdaşları hadisə yerinə gedib. Məlum olub ki, çoban atəş sahəsində qumbaraatan mərmisi tapıb, böyük ehtimalla onu məhv etməyə cəhd edib və həmin anda partlayış baş verib.
Məlumata görə, partlayışda ölmüş erməni çoban 9 il əvvəl eyni hərbi məktəbdə iki azyaşlı oğlanın partlaması səhnəsinin şahidi olub.
Alpər Mövludoğlu
Ordu.az