Ordu.az xəbər verir ki, bunu Ermənistan Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib.
Onun sözlərinə görə, Ermənistanda dollar təxminən 530 dram bahalaşıb, sonra ucuzlaşıb, daha sonra yenidən bahalaşaraq 490 drama çatıb, hazırda isə 460 dramdır.
Sarkisyan qeyd edib ki, bəzi iqtisadçılardan fərqli olaraq dolların devalvasiyasını ABŞ-dakı inflyasiya ilə əlaqələndirmir.
“30 ildir ki, erməni dramı heç vaxt ABŞ dollarına qarşı həssas olmayıb. Dramın devalvasiyası həmişə rublla bağlı olub”, - deyə Ermənistan Auditorlar Palatasının sədri vurğulayıb.
O bildirib ki, Ermənistanda iqtisadi aktivliyin yoxsullara heç bir təsiri olmayıb.
Alpər Mövludoğlu
Ordu.az