Erməni politoloq: “Paşinyan məğlubiyyəti sənəd vasitəsilə qeydə almağa çalışır, bunun ağır nəticələri olacaq”

2022/05/timth-1652523091.jpg
Oxunub: 450     14:24     16 May 2022    
“10 noyabr 2020-ci ildə Qarabağın (qondarma qurum – red.) “statusu”ndan söhbət getmirdi, o zaman unikal status-kvo qeydə alınıb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

Onun sözlərinə görə, əgər 10 noyabr sənədində Ermənistanın məğlubiyyəti yazılıbsa, əsaslı güzəştlər olubsa, bu gün, iki ildən sonra Nikol Paşinyan diplomatik sahədə sənəd vasitəsilə həmin məğlubiyyəti qeydə almağa çalışır.

“Bu, Ermənistanın gələcək inkişafı və təhlükəsizliyi üçün ağır nəticələrə səbəb olacaq, çünki ümumilikdə bu proqramlar həyata keçirilərsə, biz nəinki Qarabağı itirəcəyik, hətta bütün şərq sərhədlərimiz müdafiəsiz qalacaq”, - deyə Bozoyan qeyd edib.

Erməni politoloq vurğulayıb ki, Türkiyə və Azərbaycan diplomatik arenada əldə etdikləri qələbədən yararlanmağa çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin