Rus hərbçilər Əskiparada nə üçün 2 hektar ərazini icarəyə götürürlər?

2020/05/22222-4771978239.jpg
Oxunub: 1472     15:32     16 May 2022    
Əskipara kəndinin inzibati ərazisində, Əskipara -Bağanis yolunun kənarında rus hərbçilər orada hərbi qarnizon yerləşdirmək üçün 2 hektar ehtiyat ərazini icarəyə götürürlər.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan öz “Facebook” səhifəsində yazıb.

Əskipara sakinləri erməni jurnalistə bildiriblər ki, Rusiya hərbçiləri həmin ərazidə iş görüb, torpaq nümunəsi götürüblər. Rusiya hərbi qulluqçularının Tavus regional administrasiyası ilə 2 hektar torpaq icarəsi müqaviləsi imzalayacağına dair məlumatlar var və hazırda həmin sənəd hazırlanır.

“Rusiya qarnizonu üçün bina tikilməsinin bir səbəbi ola bilər: sərhədin demarkasiyası, keçmiş Azərbaycan kəndlərinin ərazilərinin Azərbaycana verilməsi, Ermənistan-Gürcüstan dövlətlərarası zolağının Əskipara-Bağanis hissəsində xidmət etmək”, - deyə erməni jurnalist qeyd edib.

Xəbəri dəqiqləşdirmək üçün “1or.am” nəşri Əskipara kəndinin inzibati rəhbəri İşxan Ağbalyanla əlaqə saxlayıb və o, xəbərlə bağlı məlumatının olmadığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin