“Past”: Hüquq-mühafizə sistemi Nikol Paşinyanın yeganə dayağıdır

2020/03/00-33-1583395627.jpg
Oxunub: 330     15:21     16 May 2022    
Ermənistanın daxili siyasi həyatında aktiv mayalanmalar gedir. Müxalifət müxtəlif aksiyalarla küçə mübarizəsini davam etdirir, məqsəd hakimiyyət dəyişikliyinə nail olmaqdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, Paşinyandan narazılıq artdıqca hakimiyyətin qorxu və narahatlığı daha da dərinləşir.

“Bunun əyani sübutlarından biri də budur ki, bu günlər bütün İrəvan polislərlə doludur. Üstəlik, məsələn, hökumət binasının, hökumətin bağ evinin yaxınlığında, hətta heç bir yürüşün, aksiyanın keçirilmədiyi dövrdə belə, hələ də yüzlərlə polis əməkdaşı, o cümlədən qırmızı beretlilər var. Yolun bağlanma ehtimalı olan ərazilərdə isə çoxlu sayda qırmızı beretlilər peyda olur. Bəzən sual yaranır ki, bu polislər “dinc” vaxtda nə işlə məşğuldurlar? Eyni zamanda, Paşinyan hüquq-mühafizə sistemindən istifadə edərək yenidən öz üstünlük verdiyi iş tərzinə keçib. Hüquq-mühafizə orqanları isə müxalifətçilərin saxlanılması, axtarışı və həbsi üçün istifadə olunur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin