Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Tsargrad.tv” nəşri yazıb.
“Açıqlanan məlumatlara görə, COVID-19-dan ölənlər arasında 2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsinin qurbanları da var. Aşotyan yazıb: “Nikol və onun xuntası ilə bağlı əxlaqsız və qeyri-insani hekayələr davam edir”. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son hesabatında Ermənistanda koronavirusdan ölüm nisbətinin şişirdilmiş olduğu barədə xəbərdarlıq edib. Aşotyan qeyd edib ki, Səhiyyə Nazirliyi nazir Anahit Avanesyanın birbaşa göstərişi ilə bağlı bəyanat yayıb və orada Ermənistanla bağlı məlumatların ÜST-nin növbəti hesabatında təhlil edildiyi bildirilir. Məlum olduğu kimi, texniki işçi qrupun epidemiyanın ilk 2 ili ilə bağlı hesabatında 44 günlük müharibə nəticəsində ölənlər də yer alıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az