“Kommersant”: Anklavlar məsələsi niyə ortaya çıxdı və necə həll edilməlidir?

2022/05/timth-1652522923.jpg
Oxunub: 821     12:36     15 May 2022    
“Ermənistan və Azərbaycan hakimiyyətləri Qarabağa birbaşa aidiyyatı olmayan mübahisəyə giriblər, lakin bunun yeni ciddi mübahisənin predmetinə çevrilmək riski var”.

Ordu.az xəbər verir ki, bu barədə “Kommersant.ru” nəşri yazıb.

Qeyd olunub ki, bu, sovet dövründə sərhədin hər iki tərəfində mövcud olan anklav ərazilərlə bağlıdır, lakin 1990-cı illərin əvvəllərində münaqişə başlayandan sonra anklavlar faktiki olaraq onları əhatə edən dövlətlərin nəzarətinə keçib.

“Kərki, Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli Azərbaycan ərazisi olub, lakin erməni qüvvələrinin əlindədir. Mayın 5-də mövzu ilə bağlı ilk çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan olub.

“Anklavlarla bağlı məsələ qaldırılmayıb. Azərbaycan və Ermənistanda ərazisi demək olar bərabər olan anklavlar var. Ümid edirik ki, mümkün həll yolu Ermənistan və Azərbaycanın ölkələrin ərazilərindəki anklavları olduğu kimi tərk etməsi olacaq”, - deyə o bildirib.

Bundan bir neçə gün sonra, mayın 10-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da eyni mövzuda çıxış edib. O, Azərbaycanın Ermənistandakı anklavlarını nəzərdə tutaraq “Bu torpaqlar Azərbaycanın ərazisidir” deyib: “Bu ərazilərin Azərbaycana qaytarılması üçün demarkasiya prosesi lazımdır. Ona görə də məsələyə bu çərçivədə baxılacaq”“, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Anklavlar  


Bizi "telegram"da izləyin